Biosfer

1. Bitki və heyvanlar aləminin Yer kürəsində yayılması asılıdır:
A) ərazinin iqlim şəraitindən
B) yerin daxili quruluşundan
C) atmosferin quruluşundan
D) endogen qüvvələrin təsirindən

2. Bipsfer nəyə deyilir?
A) planetimizdəki çox böyük və dərin su hövzələrinə
B) planetimizin çox böyük qalınlığa malik hava qatına
C) planetimizdə canlıların yayıldığı mühitə
D) planetimizin yüksək temperatura malik olan quru hissəsinə

3. Coğrafi təbəqə hansı qatları əhatə edir?
A) yer qabığının üst hissəsi, troposfer, hidrosfer, biosfer
B) biosfer, yer qabığı, hidrosfer, nüvə
C) alt mantiya, atmosfer, biosfer, litosfer
D) üst mantiya, hidrosfer, atmosfer, yer qabığı

4. Tayqa nədir?
A) bir illik otlar B) ekvatorial meşələr
C) bitkisiz ərazilər D) iynəyarpaq meşələr

5. Səhralarda bitkilərin uzun köklü olmalarının səbəbi:
A) yeraltı suların böyük dərinlikdə yerləşməsi
B) üzvi maddələrin daha dərində yerləşməsi
C) köklərinin gəmiricilər tərəfindən yerilməsi
D) həddindən artıq rütubətdən qorunma

6. Yer kürəsində ən böyük səhra yerləşir:
A) Asiyada B) Amerikada C) Afrikada D) Avstraliyada

7. Bitkilərin fotosintez prosesinin əhəmiyyəti:
A) Atmosferdən karbon qazını alır, havaya isə oksigen verirlər
B) Atmosferdən oksigen qazını alır, havaya isə karbon verir
C) Fotosintez prosesi Yer səthinin güclü qızmasının qarşısını alır
D) Yer səthinin cazibə qüvvəsini yaradır

8. Biosferdə təbii tarazlığın pozulmasının başlıca səbəbi:
A) Günəş istiliyinin zəifləməsi
B) Təbiətdə suyun dövranı
C) Daxili və xarici proseslər
D) Insanların təsərrüfat fəaliyyəti

9. Ekvatorial meşələrdə heyvanların, əsasən, ağaclarda yaşamağa uyğunlaşmaları nə ilə əlaqədardır?
A) səthin bataqlıq olması ilə
B) səthdə qidanın bol olması ilə
C) insanlar tərəfindən ovlanmamaq üçün
D) kölgəyə uyğunlaşmaları üçün

10. Torpaq nədir?
A) Vulkan püskürməsi zamanı səthə çıxan süxurlardır
B) Ancaq canlıların qalıqlarıdır
C) Yalnız qeyri-üzvi hissəciklırin birləşməsidir
D) Yerin yumşaq və münbit üst hissəsidir

About these ads

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s