Hidrosfer

1. Dünya okeanının ən dərin yeri sayılan Marian çpkəkliyinın dərinliyi və yerləşdiyi okean:
A) 11022 m, Sakit okean
B) 12011 m, Atlantik okean
C) 10131 m, Hind okean
D) 11605 m, Şimal Buzlu okean

2. Okeanın 6000 m dərinliyinə exolotdan göndərilmiş səs siqnalı neşə saniyəyə geri qayıdar?
A) 6 san B) 8 san C) 4 san D)10 san

3. Okean suyunun duzluluğu nəyə deyilir?
A) okean suyunun acı və şəffaf olmasına
B) okean suyunun sıxlığına
C) okean suyunun həddindən çox çirklənməsinə
D) 1 l suda həll olmuş maddələrin qramlarla miqdarına

4. Çay sistemi nəyə deyilir?
A) çayın su topladığı əraziyə
B) qolları ilə birlikdə əsas çaya
C) çayın axdığı əraziyə
D) çay qollarının uzunluğunun cəminə

5. Okean və dənizlərdə eyni dərinlikdə olan nöqtələri birləşdirən xəyali xətlər necə adlanır?
A) izoterm B) izobat C) izoqalin D) izobar

6. Dalğanın elementlərini təyin edin:
A) uzunluq, ətək, daban, enlik
B) yal, daban, uzunluq, hündürlük
C) boğaz, yal, ətək, krater
D) yal, yamac, episentr, daban

7. Çayın mənbəyi ola bilər:
1. Bulaq 2. Buzlaq 3. Bataqlıq 4. Aysberq 5. Göl
A) 2, 3, 4, 5 B) 1, 2, 3, 4 C) 1, 2, 3, 5 D) 2, 3, 4, 6

8. Yarımada nəyə deyilir?
A) hər tərəfdən su ilə əhatə olunmuş quru sahəsi
B) qurunun suya çox daxil olmuş hissələrinə
C) dağların uca zirvələrinə
D) suyun quruya çox daxil olmuş hissələrinə

9. Adalar mənşəyinə görə hansı qruplara bölünür?
A) materik, vulkanik, okean
B) materik, vulkan, mərcan
C) materik, mərcan, uçqun

10. Axarsız göllər hansılardır?
A) Baykal, Tanqanika B) Xəzər, Aral C) Baykal, Aral D) Tanqanika, Xəzər

Leave a comment